İsmayıllıda yanğın baş verib

ismayillida-yangin-bas-verib
Oxunma sayı: 2117

İsmayıllı rayonunun meşə ilə həmsərhəd qeyri-meşə fondu torpağında yanğın hadisəsi baş verib.

Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov “Qafqazinfo”ya bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri hadisə ilə əlaqədar əraziyə cəlb olunub:

“Yanğınsöndürmə tədbirləri nəticəsində yanğın söndürülüb və meşəyə keçməsinin  qarşısı alınıb”.