İsrail ordusunun itkiləri açıqlandı

israil-ordusunun-itkileri-aciqlandi
Oxunma sayı: 3670

Oktyabrın 7-də münaqişənin gərginləşməsi başlayandan bəri İsrail Müdafiə Qüvvələri HƏMAS hərəkatı ilə döyüşlərdə 604 nəfər itirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ordunun Mətbuat xidmətinin rəsmi məlumatında deyilir.

Son məlumatlara görə, ötən şənbə Qəzza zolağında daha 4 İsrail əsgəri həlak olub. Bütün itkilər anklavın cənubunda qeydə alınıb.

Belə ki, Qəzzada quru əməliyyatı başlayandan bəri İsrail ordusunun 260 hərbçisi ölüb.