İsrail və ABŞ müdafiə nazirləri Qəzzanı müzakirə etdilər

israil-ve-abs-mudafie-nazirleri-qezzani-muzakire-etdiler
Oxunma sayı: 1279

İsrail müdafiə naziri Yoav Qalantla amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub.

“Qafqazinfo” “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, tərəflər İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarını müzakirə ediblər. 

Ostin İsrail ordusunun əməliyyatları zamanı mülki şəxslərin qorunmasının və Qəzza zolağında mülki şəxslərə humanitar yardımın dərhal çatdırılmasına diqqət yetirməyin vacibliyini vurğulayıb. O, HƏMAS tərəfindən saxlanılan bütün girovların azad edilməsinin zəruriliyinə də diqqət çəkib.