İsrailin İrandakı əsas məqsədlərini açıqladı

israilin-irandaki-esas-meqsedlerini-aciqladi
Oxunma sayı: 9758

İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin İrandakı məqsədlərini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Netanyahu bu haqda keçirdiyi mətbuat konfransında deyib.

“Biz nəticələr görmək istəyirik və bu, üç şey deməkdir: nüvə proqramını məhv etmək, İranı ballistik raketlər istehsal etmək qabiliyyətindən məhrum etmək və İranın “terror oxunu” aradan qaldırmaq”, - o bildirib.