“İsrailin nüvə silahının olub-olmadığını yoxlamaq vacibdir”

israilin-nuve-silahinin-olub-olmadigini-yoxlamaq-vacibdir
Oxunma sayı: 2540

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin nüvə silahı olub-olmadığını yoxlamağı təklif edib. 

“Qafqazinfo” xəbər verir ki, onun sözlərini “Anadolu Agentliyi” yayıb. 

“Çox gec olmadan İsrailin nüvə silahının olub-olmadığını yoxlamaq vacibdir”, - Türkiyə lideri vurğulayıb.

Ərdoğanın sözlərinə görə, Türkiyə yoxlamanın həyata keçirilməsini təmin edəcək. 

Qeyd edək ki, noyabrın 17-də Ərdoğan İsrailin nüvə silahına malik olduğunu açıqlayıb.