İstanbulda törədilən terrora görə 48 nəfər həbs olunub

istanbulda-toredilen-terrora-gore-48-nefer-hebs-olunub
Oxunma sayı: 3036

İstanbul məhkəməsi fevralın 6-da şəhərdə baş verən terror aktı ilə bağlı 48 şübhəlini həbs edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

İş İstanbul Baş Prokurorluğu tərəfindən araşdırılır.

Qeyd edək ki, məhkəmə binasının önündə baş verən sözügedən silahlı hücum nəticəsində üçü polis olmaqla altı nəfər yaralanıb, onlardan biri sonradan dünyasını dəyişib.