“İstədiyimiz nəticəni əldə edə bilmədik” - Ərdoğan seçkidən danışdı

istediyimiz-neticeni-elde-ede-bilmedik
Oxunma sayı: 7037

“Ak Parti” seçkiyə ciddi şəkildə hazırlaşsa da, təəssüf ki, yerli özünüidarə orqanlarına seçkilərdə istədiyimiz nəticəni əldə edə bilmədik. Nəticə belə oldu, hər şeydə bir xeyir var”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada xalqa müraciətində deyib.

Ərdoğan əlavə edib ki, seçki prosesi demokratiyaya yaraşan bir şəkildə tamamlanıb:

“Buna kölgə salacaq heç bir hadisə yaşanmadı. Bu seçkinin qalibi demokratiyamızdır. Bu yolu bərabər addımlayacağıq. Kim nə deyirsə-desin. Bu, son 22 ildə 18-ci sandıq imtahanımız oldu. Həmişə də öhdəsindən gəldik, bundan sonra da belə olacaq”.

Ərdoğanın çıxışı zamanı meydana toplaşanlar dövlət başçısının ünvanına xoş sözlər səsləndiriblər. Ərdoğanın da buna maraqlı cavabı olub:

“Mən də sizə dəlilər kimi aşiqəm”.