İtaliya futbolunun əfsanəsi vəfat etdi

italiya-futbolunun-efsanesi-vefat-etdi
Oxunma sayı: 3195

İtaliya futbolunun əfsanəsi Gigi Riva 79 yaşında ölüb.

“Qafqazinfo” xəbər verir ki, İtaliya futbolunun böyük adlarından biri keçmiş “Azzurri”  millisinin üzvü Luici Riva vəfat edib.

İtaliyalı futbol ikonası, Luici (Gigi) Rivanın səhhəti Sardiniyadakı evində pisləşib.

Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən dünya şöhrətli futbolçu müalicə alığı xəstəxanda  vəfat edib.

Xatırladaq ki, Riva 1965-1974-cü illərdə İtaliya millisində çıxış edib və 42 matçda 35 qol vurub.

O, Avropa çempionu (1968) və dünya çempionatının gümüş mükafatçısı (1970) olub.