İtkin düşən neftçilərlə bağlı son xəbər

itkin-dusen-neftcilerle-bagli-son-xeber
Oxunma sayı: 8744

Bu gün Xəzər dənizində platformanın uçması nəticəsində 10 işçinin itkin düşməsi hadisəsi ilə bağlı Azneft İstehsalat Birliyində mətbuat konfransı keçirilib.

"Qafqazinfo"nun tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, birliyin baş direktorunun birinci müavini Balamirzə Rəhimov bildirib ki, hazırda bir nəfərin - Qafarov İlham Əlihüsyen oğlunun meyiti tapılıb. Axtarışlar davam etdirilir. İşçilər bütün qaydalara əməl ediblər, sadəcə küləyin sürəti çox olub. Sonunci dəfə platformada bu ilin avqust ayında cari təmir işləri aparılıb”.

***

B. Rəhimov bildirib ki, baş vermiş faciə ilə hüquq-mühafizə orqanları məşğul olacaq, verilən rəyə uyğun olaraq qərar qəbul ediləcək: “Hadisə baş verən anda o insanlar işlə məşğul olmurdular. Orada iş sistemi 24 saatlıqdır.

İtkin sayı 10-dur, artma ehtimalı yoxdur”.

Neftçilərin istirahəti üçün tikilən budkanın keyfiyyətsiz olması haqda deyilənlərə B. Rəhimov belə cavab verib: “Budkanın üstünə günah atmağın mənası yoxdur. Yaşayış yerini külək dənizə atmayıb ki... Platforma uçub”.

Murad Əhməd