İtkin düşən tələbə tapıldı

itkin-dusen-telebe-tapildi
Oxunma sayı: 6573

Azərbaycan Dillər Universitetinin 11 gün əvvəl itkin düşən II kurs tələbəsi Əsədulla Cəfərov tapılıb.

Bu barədə tələbənin atası Əfqan Cəfərov “Qafqazinfo”ya bildirib. Ə.Cəfərov bu barədə çox danışmaq istəmədiyini deyib. O qeyd edib ki, oğlunu görənlər olub və polislər artıq onun yerini müəyyənləşdirib, sabah görüşəcəklər.

Xatırladaq ki, Əsədulla 1500 manat təhsil haqqını ödəyə bilmədiyi və I kursdan kəsiri olduğu üçün evi tərk etmişdi.