İTV ARB-ni bu yolla tənqid etdi - Video

itv-arb-ni-bu-yolla-tenqid-etdi
Oxunma sayı: 11608

İctimai Televiziya ARB-ni tənqid edib. 

“Qafqazinfo”nun məlumatına görə, belə ki, bir neçə gün öncə “Sayqa ilə” proqramında müğənnilərdən birinin qarşısında diz çökərək ona evlilik təklifi edən gənc İTV-dəki “3 D” verilişinə dəvət edilib. 

Dadaş Dadaşlinskinin aparıcılıq etdiyi şounun sonunda sözügedən şəxs efirə daxil olaraq katibə Lyubaya evlilik təklifi edib. Daha doğrusu, ARB-dəki ssenari eynilə İctimai-də təkrarlanıb. 

Maraqlı məqam odur ki, Lyuba həmin gəncə efirin bitdiyini xatırladıb ayağa qalxmasını xahiş edib. Gənc isə cavabında “qonorarımı haradan götürə bilərəm?” deyə soruşub. Katibənin isə cavabı belə olub: “Mühasibdən”. 

Bununla da kanal reytinq toplamaq üçün ARB-nin efirə ödənişli əsaslarla qonaq dəvət edərək süni yolla şou yaratdığını göstərməyə çalışıb.