Jak Şirak vəfat etdi

jak-sirak-vefat-etdi
Oxunma sayı: 5384

Fransanın sabiq Prezidenti Jak Şirak dünyasını dəyişib.

“Qafqazinfo”nun “Röyters”ə istinadən verdiyi xəbərə görə, 86 yaşlı siyasətçi bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, J. Şirak 1974-1976 və 1977-1986-cı illərdə Fransanın Baş naziri, 1988-1995-ci illərdə Paris şəhərinin meri, 1995-2007-ci illərdə isə Fransa Prezidenti olub.