Kadırov anası ilə ləzginka oynadı - Yenidən prezident seçilir+Video

kadirov-anasi-ile-lezginka-oynadi
Oxunma sayı: 6521

Çeçenistan lideri Ramzan Kadırov respublikaya liderliklə bağlı keçirilən seçkilərdə səsvermədən sonra anası ilə birgə rəqs edib.

Qafqazinfo” xəbər verir ki, Kadırov doğma kəndi Çentoroyda səs verdikdən sonra səsvermə məntəqəsinin qarşısında anası ilə ləzginka oynayıb.

Qeyd edək ki, protokolların 15,16 faizi artıq hesablanıb və bu saata olan nəticəyə görə, Kadırov 97,06 faiz səslə liderdir.

Xatırladaq ki, Ramzan Kadırovun səlahiyyətləri martda bitmişdi. Prezident Putin onu Çeçenistan lideri səlahiyyətlərinin müvəqqəti icraçısı təyin etmişdi.