Kanada Ukraynaya hərbi yardım köçürəcəyinə söz verib

kanada-ukraynaya-herbi-yardim-kocureceyine-soz-verib
Oxunma sayı: 1185

Kanadanın Baş nazir Castin Trüdo Ukraynaya avtomat və sursat şəklində hərbi yardım göndərəcəyini vəd edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

“Bu gün mən Kanadanın Ukraynaya 11 mindən çox avtomat və 9 milyondan çox patron bağışlayacağını elan edirəm”, - deyə Trüdo bildirib.

Onun sözlərinə görə, Kanada və Avropa İttifaqı Kiyevə hərbi dəstəyini davam etdirəcək.