Rayonların birində vətəndaşlar qarpızları kanala atıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Onlar bunu etmələrinə səbəb kimi qarpızların alıcısının olmamasını göstəriblər.
Sosial şəbəkə istifadəçiləri isə vətəndaşların bu hərəkətini qınayıblar. Onlar bu hərəkətin həm israfçılıq olduğunu, həm də suyu çirkləndirdiyini bildiriblər.
***
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, videogörüntülər Bərdə Rayon Polis Şöbəsində araşdırılır: “Həmin şəxs müəyyən edilərək şöbəyə dəvət edilib. Onunla profilaktik iş aparılır”.
***
Bərdə rayonunda qarpızın kanala atılması ilə bağlı paylaşılan görüntülərin təfərrüatları məlum olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, vətəndaşın qarpızın satılmadığı ilə paylaşılan görüntülər tiktokda izləyici toplamaq məqsədi ilə çəkilib: “O da məlum olub ki, vətəndaş elə həmin gün 11 tondan artıq məhsulunu bazar dəyərində satıb. Kanala atılan məhsullar satış üçün yararlı olmayıb”.
Son xəbərlər
Son Xəbərlər