Karantin postunda qarşıdurma - Sürücü belə qaçdı + Video

karantin-postunda-qarsidurma
Oxunma sayı: 7656

Bakıda karantin rejiminə görə tətbiq edilən polis postunda qarşıdurma yaranıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bu hadisəni əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayılıb. Məlumata görə, sürücülərdən biri Yasamal rayonu ərazisində yerləşən postda yoxlama zamanı polisin əmrinə tabe olmayıb və onlar arasında mübahisə yaranıb, daha sonra sürücü hadisə yerindən qaçıb.

Yaranan münaqişə zamanı ətrafda olan sakinlər də əraziyə yığılıb.