“Karantindən sonra toy olacaq”

karantinden-sonra-toy-olacaq
Oxunma sayı: 4690

Müğənni Sevda Yahyayeva Azərbaycanda tətbiq olunan karantin rejimindən sonra ailə quracaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçi instaqram səhifəsində məlumat verib.

Sənətçi sosial şəbəkənin sual-cavab funksiyasından istifadə edərək izləyicilərə maraqlı olan mövzulardan yazıb. Sevda həkim nişanlısı Zakir Bayramovla tezliklə münasibətini rəsmiləşdirəcəyini qeyd edib:

“O, məndən 4 yaş böyükdür. Karantin bitdikdən sonra toy olacaq. Çox istedadlı biridir. Karantindən sonra onunla şəkil paylaşacam. İndi ailəmlə qalıram, toydan sonra onun evinə köçəcəm”.