Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov "Foreign Policy”ə müsahibəsində ona teleulduz Kim Kardaşyanla bağlı ünvanlanan sualı cavablandırıb.
“Qafqazinfo” xəbər verir ki, səfir teleulduzun Dağlıq Qarabağ mövzusu ilə bağlı sosial şəbəkələrdəki paylaşımı ilə bağlı suala cavab verib:
“Şəxsən mən çox pis realiti-şou ulduzu olardım, buna görə də mənə tanış olmayan mövzulara girməməyə çalışıram. Mən əminəm ki, Kardaşyan nə hərbi, nə də siyasi analitikdir. Biz ən yaxşı bacardığımız işlə məşğul olmalıyıq. O, çox məşhurdur və fanatları tərəfindən sevilir, lakin sülh və müharibə mövzusu TV ulduzu üçün çox ciddi mövzudur”.
Səfir, həmninin qeyd edib ki, instagramda 66 milyon izləyicisinin olması onu Dağlıq Qarabağ məsələsində ekspert etmir.
Xatırladaq ki, teleulduz aprelin 5-i instagram səhifəsində Qarabağ münaqişəsində Ermənistanı dəstəkləyən paylaşım etmişdi.
Son xəbərlər
Son Xəbərlər