Kazımovski restoranda öldü - Məclis axarında davam etdi+Foto

kazimovski-restoranda-oldu-
Oxunma sayı: 14846

Xəbər verdiyimiz kimi, rejissor Ələkbər Kazımovski dünyasını dəyişib.

Qafqazinfo”nun Musavat.com-a istinadən məlumatına görə, hadisə Bakının 1-ci mikrorayonundakı “Dalğa” restoranında baş verib.

Ələkbər Kazımovski aktrisa Nahidə Orucovanın 55 illik yubiley məclisinin başlamasına bir qədər qalmış restorana gəlib. Əməkdar artist Kübra Əliyeva hadisə yerində jurnalistlərə bildirib ki, ölüm anında rejissorun yanında olub: “Heç məclis başlamamışdı. Ələkbər gəldi Nahidə xanımla görüşdü, keçdi Məhərrəmin (rejissor Məhəmməd Bədirzadə) yanına. Mən ayağa qalxdım ki, iki rejissoru qucaqlayım. Bir də gördüm Ələkbərin başı düşdü Məhərrəmin çiyninə”.

Ələkbır Kazımovski huşsuz vəziyyətdə restoranın foyesinə çıxarılıb. Həkim briqadası çağırılsa da, tanınmış rejissoru həyata qaytarmaq mümkün olmayıb. Ailəsinə məlumatı aktrisa Kübra Əliyeva verib: “Xəbəri çəkinmədən verdim. Ona ilk sualım bu oldu ki, Ələkbərin ürəkgetməsi varmı. Dedi “yox”. Həkimlər heç bir diaqnoz qoymadılar. Amma artıq öldüyünü dedilər. Xanımı inanmadı. Bir qohumlarının tövsiyyəsi ilə bəzi prosedurları etdilər. Amma artıq gec idi”.

Rejissorun meyiti ailəsinə təhvil verildikdən sonra məclis başlayıb və adi axarında davam edib.