“Kəpəz” “Qəbələ”yə qalib gəldi

kepez-qebeleye-qalib-geldi
Oxunma sayı: 1013

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, günün yeganə matçında “Kəpəz” və “Qəbələ” komandaları Qəbələdə qarşılaşıblar.
Görüş “Kəpəz”in 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbədən sonra “Kəpəz” 23 xalla 9-cu, “Qəbələ” isə 15 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları fevralın 24-25-də keçiriləcək.