“Kəpəz” “Sabah“a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

kepez-sabaha-araz-naxcivan-sebaile-qarsi
Oxunma sayı: 1446

Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, son gündə 2 matç keçiriləcək. Əvvəlcə 9-cu yerdəki “Kəpəz” 5-ci pillədəki “Sabah”ı qəbul edəcək. Oyun saat 16:30-da başlayacaq.

Digər matçda isə 8-ci yerdəki “Araz-Naxçıvan” 7-ci pillədəki “Səbail”lə qarşılaşacaq. Bu görüş saat 19:00-da start götürəcək.

21 aprel (bazar)

16:30. “Kəpəz” –“ Sabah”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, Əli Əliyev
Tovuz şəhər stadionu

19:00. “Araz-Naxçıvan”– “Səbail”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
“Liv Bona Dea Arena”

19 aprel (cümə)

“Turan Tovuz” – “Sumqayıt” - 1:4 

20 aprel (şənbə)

“Zirə” – “Neftçi” - 3:1 

“Qarabağ” – “Qəbələ” - 2:2