Kərim Kərimov vəfat etdi

kerim-kerimov-vefat-etdi
Oxunma sayı: 9642

Milli Məclisin sabiq deputatı, “91-lər”in üzvü olan Kərim Kərimov dünyasını dəyişib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev məlumat paylaşıb. O qeyd edib ki, mərhum həm də YAP Nərimanov rayon təşkilatının ilk sədri olub.

Qeyd edək ki, K. Kərimov 1936-cı il fevralın 18-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub. Üç övladı olan K. Kərimov YAP-ın Veteranlar Şurasının üzvü idi. 

Günel Türksoy