Kişi küçədə keçmiş arvadını, sonra özünü öldürdü

kisi-kucede-kecmis-arvadini-sonra-ozunu-oldurdu
Oxunma sayı: 7933

Bakıda küçədə dəhşətli ailə faciəsi baş verib.

Sabunçu rayon prokurorluğundan "Qafqazinfo"ya bildirilib ki, aprelin 6-da Sabunçu rayonunda 1997-ci il təvəllüdlü Misli Xəlilova və 1978-ci il təvəllüdlü Rasim Xəlilovun ölmələri barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla M.Xəlilovanın keçmiş əri R.Xəlilovun odlu silahla atəş açaraq onu qəsdən öldürməsinə, daha sonra özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq davam edir.

Xəbəri rus dilində oxuyun: Умер Владимир Жириновский

В Баку мужчина убил бывшую жену и себя - Видео