Konqo Prezidentinin rəsmi qarşılanma mərasimi oldu

konqo-prezidentinin-resmi-qarsilanma-merasimi-oldu
Oxunma sayı: 1675

Azərbaycana rəsmi səfərə gələn Konqo Prezidenti Deni Sassu-Nqessonun aprelin 4-də rəsmi qarşılanma mərasimi olub.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin Dövlət Bayraqlarının dalğalandığı meydanda Konqo Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Konqo Prezidenti Deni Sassu-Nqessonu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Konqo Prezidentinə raport verib.

Prezident Deni Sassu-Nqesso Azərbaycan əsgərlərini salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Konqo Respublikasının və Azərbaycan Respublikasının Dövlət Himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Konqo Prezidentinə, Konqo nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Konqo Prezidenti Deni Sassu-Nqessonun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.