Kremldən Delyaqinin Azərbaycanla bağlı açıqlamasına - Münasibət

kremlden-delyaqinin-azerbaycanla-bagli-aciqlamasina
Oxunma sayı: 8651

“Dövlət Dumasının deputatı Mixail Delyaqinin Rusiyanın Bakının neft yataqlarına zərbələr endirməsi ehtimalı ilə bağlı sözləri heç bir halda Moskvanın siyasi xəttinə uyğun deyil”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Xatırladaq ki, M. Delyaqin öz rəsmi teleqram kanalında Azərbaycanla bağlı sorğu yerləşdirərək izləyicilərdən Azərbaycanın neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunmasını düzgün hesab edib-etmədiklərini soruşub.

Cavablar arasında “Bəli, lazımdır” 28%, “Bəli, lakin Azərbaycan mafiyasının Rusiya hakimiyyətinə təsiri səbəbindən bu, mümkün deyil” 13%, “Xeyr, bu yolverilməzdir” isə 59% səs toplayıb.

Həmçinin oxuyun: Rusiyalı deputat Azərbaycanı nüvə silahı ilə vurmaqla hədələdi

Sabiq polis arvadını bıçaqladı, bir neçə saat sonra sərbəst buraxıldı - Foto