Kremldən Ermənistan-ABŞ hərbi təlimləri barədə - Açıqlama

kremlden-ermenistan-abs-herbi-telimleri-barede
Oxunma sayı: 4305

“Ermənistan ərazisində ABŞ ilə birgə hərbi təlimlərin keçirilməsi barədə xəbər ehtiyatlılıq tələb edir”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya bu məlumatı dərindən təhlil edəcək və vəziyyəti izləyəcək.

Xatırladaq ki, sentyabrın 11-dən 20-nə qədər Ermənistanda ABŞ ilə birgə “EAGLE PARTNER 2023” hərbi təlimləri keçiriləcək.