“Kuba və İran rəhbərliyi də ciddi narahatlıq keçirməlidir” - ABŞ-dən gözdağı

kuba-ve-iran-rehberliyi-de-ciddi-narahatliq-kecirmelidir
Oxunma sayı: 2923

“ABŞ-nin Venesuelada həyata keçirdiyi hücumlardan sonra Kuba və İran rəhbərliyi də ciddi narahatlıq keçirməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ senatoru Lindsi Qrem “Axios” nəşrinə verdiyi müsahibədə  deyib.

Onun sözlərinə görə, Venesueladakı əməliyyatdan bir gecə əvvəl ABŞ Prezidenti Donald Trampla telefon danışığı olub.

Senator qeyd edib ki, Tramp “ABŞ-nin həyətindəki narkotik xilafətinin aradan qaldırılmasına” qətiyyətlə inanır.

Lindsi Qrem əməliyyatın bir neçə həftə ərzində planlaşdırıldığını vurğulayıb.

Senator Kuba və İran liderlərinə xəbərdarlıq edib:

“Şəhərdə yeni bir “şerif” var. O, “Monro Doktrinası”nı həyata keçirir. Əgər mən İran lideri olsaydım, məscidə gedib dua edərdim”.

Qrem Venesuelada azadlıq prosesinin başladığını deyərək, bunun uğurla nəticələnməsinin ABŞ-nin maraqlarına uyğun olduğunu bildirib:

“Biz insanların yeni bir başlanğıc etməsinə şərait yaradacağıq”.

Venesuelaya qarşı daha genişmiqyaslı hücumların olub-olmayacağı ilə bağlı suala isə senator “Bütün variantlar masadadır” cavabını verib.