Kürdəmirdə qətlə yetirilən qadının oğlu danışdı - Video

kurdemirde-qetle-yetirilen-qadinin-oglu-danisdi
Oxunma sayı: 4934

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Kürdəmirdə 2 nəfərin ölümü ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı qətlə yetirilən Nəsibə Aliyevanın oğlu İctimai Televiziyaya danışıb.

O, qətl hadisəsi ilə bağlı bəzi detalları açıqlayıb.

Daha ətraflı videoda:

Xatırladaq ki, Kürdəmir rayon prokurorluğunun yaydığı məlumata görə, rayonun Şıxımlı kənd sakini İlham Alıyev yaşadığı kəndin ərazisində anası N. Əliyevaya və həmkəndlisi F. Şükürovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə, tanışı V. Məmmədovaya isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilərək saxlanılıb.