Laçında traktor dərəyə aşdı, ölən var

lacinda-traktor-dereye-asdi-olen-var
Oxunma sayı: 2034

Laçın rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, “XCMG” markalı traktor dərəyə aşıb. Nəticədə 1 nəfər nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmin şəxsin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.