“Legiya” Azərbaycan millisinə dəvət edilən futbolçunu aldı

legiya-azerbaycan-millisine-devet-edilen-futbolcunu-aldi
Oxunma sayı: 7317

Mahir Emrelinin müqavilə ilə məxsus olduğu “Legiya” klubu daha bir azərbaycanlı futbolçu ilə anlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Varşava klubu Polşanın aşağı liqa klubu “Stal”da çıxış edən Ramil Mustafayevlə anlaşıb.

Bu barədə məlumatı legia.net nəşri yayıb.

Bildirilib ki, tərəflər yaxın günlərdə müqavilə imzalayacaqlar.

Qeyd edək ki, bir müddət əvvəl Ramil Mustafayev futbol üzrə Azərbaycan yığmasına dəvət alıb.