Ləğv edilən qırmızı vərəqə böyük müzakirələrə səbəb oldu - Video

legv-edilen-qirmizi-vereqe-boyuk-muzakirelere-sebeb-oldu
Oxunma sayı: 3356

İngiltərə Futbol Assosiasiyasının ölkə kubokunda keçirilən “Kristal Pelas” – “Everton” (0:0) matçı ilə bağlı verdiyi qərar böyük müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, assosiasiya qarşılaşmanın 79-cu dəqiqəsində Liverpul klubunun futbolçusu Dominik Kalvert-Lyuinin qırmızı vərəqəsi ləğv edilib. 

Baş hakim Kris Kavananın qərarının səhv olduğu açıqlanıb. 

“Everton” klubu bununla bağlı apelyasiya şikayəti vermişdi. 

Bu qərarın böyük müzakirələr yaratmasının səbəbi isə hakimin VAR-a baxdıqdan sonra qırmızı vərəqəni göstərməsidir. Nəticədə İngiltərə mətbuatında VAR sistemi böyük tənqidlərə tuş gəlib.