Ləğv olunan qadağaların tam siyahısı - Video

legv-olunan-qadagalarin-tam-siyahisi
Oxunma sayı: 12492

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə bir sıra qərarlar verilib.

“Qafqazinfo” həmin qərarları təqdim edir:

31 may 2021-ci il tarixindən etibarən

- Açıq havada maska məcburiyyəti ləğv edilir;

- Bakı Metropoliteni açılır;

- Rayonlar və şəhərlərarası marşrut avtobuslarının fəaliyyəti bərpa edilir.

10 iyun 2021-ci il tarixindən etibarən

- İbadət yerləri, məscidlər açılır;

- İdman zalları fəaliyyətə başlayır;

- Çimərliklər açılır;

- Mallar açılır.