“Lələ Təpə”dən son görüntülər - Foto

lele-tepeden-son-goruntuler
Oxunma sayı: 12256

Türkiyənin ən məşhur xəbər agentliklərindən daha birinin əməkdaşları Azərbaycanın erməni işğalından azad etdiyi ərazilərdə olub.

Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, Doğan xəbər agentliyinin müxbiri 24 il sonra azad edilən "Lələ Təpə" yüksəkliyinə gedib.

Agentliyin əməkdaşı Ali Kan Azərbaycan bayrağı sancılan torpaqlarda vətənin keşiyini çəkən əsgərlərlə görüşüb, aprelin əvəllərində baş verən dörd günlük müharibə barədə danışıb.

O, ən şiddətli döyüşlərin məhz bu ərazidə getdiyini, hazırda ərazidə Azərbaycan Silahlı Qüvvələrinin istehkam möhkəmləndirmə işləri icra etdiyini deyib.

Xatırladaq ki, bir necə gün öncə Türkiyənin NTV kanalı Azərbaycanın işğaldan azad etdiyi yüksəkliklərdə olub.