Lənkəranda “Mercedes Vito” TIR-la toqquşdu - Ölən və xəsarət alanlar var

lenkeranda-mercedes-vito-tir-la-toqqusdu
Oxunma sayı: 285

Lənkəranda ağır yol-nəqliyyatı hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 99-SU-026 dövlət qeydiyyat nişanlı “Mersedes Vito” markalı sərnişin avtomobili iritonnajlı yük avtomobilinin arxasına çırpılıb.

Qəza nəticəsində ölən və xəsarət alanların olduğu deyilir.

Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Nəqliyyat vasitəsində sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov