Levandovski 3 il də satılmayacaq

levandovski-3-il-de-satilmayacaq
Oxunma sayı: 2345

“Barselona” rəhbərliyi Robert Levandovskini satmaq qərarını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanı klublarından birinə transferi gözlənilən forvard satılmayacaq. 

Klub prezidenti Xoan Laporte 35 yaşlı hücumçunun komandada qalmasını istəyib.

Qeyd edək ki, Levandovskinin “Barsa” ilə müqaviləsi 2026-cı il iyunun 30-na kimidir.