Liftdə köməksiz qalan azyaşlı belə xilas edildi - Video+Yenilənib

liftde-komeksiz-qalan-azyasli-bele-xilas-edildi
Oxunma sayı: 2217

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində azyaşlının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə “Qafqazinfo” ya FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının texniki nasazlıq səbəbindən yeddinci mərtəbəsində dayanmış liftin qapısını xüsusi vasitələrlə açıb köməksiz vəziyyətdə qalmış 2016-cı il təvəllüdlü Y.Əliyevi xilas edərək yaxınlarına təhvil veriblər.

***

Hadisə ilə bağlı Bakılifttəmir İB də məlumatı yayıb.

Məlumatda bildirilir ki, ötən gün saat 18:41 radələrində Gəncə prospekti 57 giriş 4 ünvanından Bakilifttəmir İB-nin qaynar xəttinə məlumat  daxil olandan dərhal sonra, mütəxəssislər ünvana yollanıb:

“Araşdırma nəticəsində məlum olmuşdur ki,liftin dayanmasına səbəb binaya elektrik enerjisinin verilməsində yaranmış fasilə olmuşdur  .Müvafiq qurumun  əməkdaşları tərəfindən liftdə qalan azyaşlı uşağ liftdən xəsarətsiz çıxarılmışdır. Təxminən 15 dəqiqə sonra elektrik enerjisinin verilməsi bərpa edildi və mütəxəssislər tərəfindən lift işə salındı . Əlavə olaraq qeyd etmək istərdik ki, mövcüd qaydalara əsasən 12 yaşdan aşağı uşaqların valideyni nəzarəti olmadan liftdən istifadəsi qəti qadağandır”.