Lloris “Tottenhem”dən getdi

lloris-tottenhemden-getdi
Oxunma sayı: 2129

MLS təmsilçisi “Los-Anceles” “Tottenhem”in qapıçısı Uqo Llorisi transfer edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Bildirilib ki, 37 yaşlı qolkiperlə 1+2 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Lloris 11 il “Tottenhem”də çıxış edib. O, bu müddətdə 444 matça çıxıb və 151 oyunda qapısını qoruya bilib.