Lunaparkda dəhşətli terror - 63 ölü, 280 yaralı + Video

lunaparkda-dehsetli-terror
Oxunma sayı: 16607

Pakistanın Pencap əyalətinin mərkəzi Lahor şəhərində dəhşətli terror aktı baş verib.

"Qafqazinfo" Anadolu Agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 55 nəfər ölüb. "Gülşən İqbal" adlı lunaparkda baş verən partlayışda 200-dən çox yaralı var. Bazar günü olduğundan lunaparkda çox insan olub, ölən və yaralananların çoxu uşaq və qadınlardır.

Canlı bombanın özünü 8 kiloqram partlayıcı ilə partlatdığı güman edilir.

Pakistanın baş naziri Nəvaz Şərif ölkədə 3 günlük matəm elan edib.

***

Ölənlərin sayı 63 nəfərə çatıb. Yaralılar isə 280 nəfərdir.