Mahir Emreli ciddi zədə aldı

mahir-emreli-ciddi-zede-aldi
Oxunma sayı: 1971

Xorvatiyanın “Dinamo” klubunda çıxış edən Azərbaycan yığmasının forvardı Mahir Emreli ciddi zədə alıb.

“Qafqazinfo” xəbər verir ki, o, ötən gün “Roqaska”ya qarşı keçirilən yoxlama görüşündə sıradan çıxıb. 

Zaqreblilərin baş məşqçisi Sergey Yakiroviç də Mahirin ciddi zədə aldığını bildirib. O qeyd edib ki, Emreli dirsək və bud nahiyəsində ağrılar hiss edir və uzun müddət komanda ilə birlikdə ola bilməyəcək.