Makron bir ayda iki təhsil naziri dəyişdi

makron-bir-ayda-iki-tehsil-naziri-deyisdi
Oxunma sayı: 1729

Fransa Prezidenti Emmanuel Makron yanvarda təhsil naziri vəzifəsinə təyin edilən Ameli Udea Kasteranı istefaya göndərib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “France 24” məlumat yayıb.

Belə ki, Makron onu Nikol Belube ilə əvəzləyib.

Ameli Udea Kastera istefaya göndərilsə də, siyasi karyerasını idman və olimpiadalar naziri kimi davam etdirəcək. Həmçinin onun Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına cavabdehliyi də davam edəcək.

Qeyd edək ki, Kastera vəzifəyə gəldikdən sonra övladlarının özəl məktəbdə təhsil aldığını, dövlət məktəblərinin isə vaxt itkisindən başqa bir şey olmadığını deyib. O, bu fikrinə görə sərt tənqidlə üzləşib.