Mamdani Ağ Evdə - Video

mamdani-ag-evde
Oxunma sayı: 2834

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkun ilk müsəlman meri Zohran Mamdanini Ağ Evdə qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, onlar qapalı görüş keçirib və sonra Oval Ofisdə danışıblar.

Seçkilər zamanı və seçildikdən sonra Mamdanini sərt tənqid edən Tramp kameralar qarşısında ona dəstək təklif edib:

“Fikir ayrılıqlarımız ola bilər, amma Mamdaniyə kömək edəcəyik”.

Qeyd edək ki, Tramp Mamdanini “Kommunist dəlisi” adlandırmış, onu deportasiya etməklə və Nyu-York şəhərinin maliyyələşdirilməsini kəsməklə hədələmişdi.

“Düşünürəm ki, o, mənə qarşı yaxşı olmalıdır. Bir çox şeyi təsdiqləməli olan mənəm”, - Tramp bildirmişdi və Mamdanini “Vaşinqtona hörmət etməyə” çağırmışdı.

Xatırladaq ki, Uqandada anadan olan 34 yaşlı Mamdani 4 noyabr seçkilərinin nəticələrinə görə, “bir əsrdə ABŞ-nin ən böyük şəhərinə rəhbərlik edən ən gənc və ilk müsəlman” olub.

Seçkilərdə 2 milyondan çox insan səs verib ki, bu da 1969-cu ildən bəri ən yüksək fəallıqdır. Mamdani 1.039.000 səs alıb.

Mamdani 1 yanvar 2022-ci ildə vəzifəyə başlayan Erik Adamsın səlahiyyət müddəti bitdikdən sonra 1 yanvar 2026-cı ildə Nyu-York şəhərinin meri vəzifəsini icra etməyə başlayacaq. Şəhərin əhalisi təxminən 9 milyondur.