Manaf Ağayev həbsdən sonra Vasif Məhərrəmlini “sildi”

manaf-agayev-hebsden-sonra-vasif-meherremlini-sildi
Oxunma sayı: 16015

Müğənni Manaf Ağayev həmkarı və dostu Vasif Məhərrəmlini instaqramda izləmədən çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, qarşı tərəf də eyni addımı atıb.

Hazırda bir-birini izləməyən müğənnilərin arasında soyuq münasibət yarandığı bildirilir.

Bunu Manaf Ağayevin özü də təsdiqləyib. Belə ki, ondan “Səhər mərkəzi” verilişində qonaq olarkən “Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış” deyimini hansı sənət adamına şamil edib-etməyəcəyi soruşulub. Bunun üçün Manaf Ağayevə Vasif Məhərrəmli, Afət Fərmanqızı və Mətanət Əsədovanın adı təqdim edilib. İfaçı isə “hamısına” cavabı verib, daha sonra Vasif Məhərrəmlinin adını xüsusi qeyd edib.

Xəbəri rus dilində oxuyun: Samsung Galaxy S22 Ultra – самое универсальное и премиальное устройство в серии Galaxy S

Украли золото на 45 000 с помощью игрушечного пистолета - Фото

Провокация против Азербайджана на российском гостелеканале - Видео

Qeyd edək ki, Manaf Ağayev bir müddət əvvəl Füzuliyə qanunsuz səfər etməsi səbəbiylə 15 sutka həbs edilmişdi. Onunla Vasif Məhərrəmli arasında soyuq münasibətin də bundan sonra yarandığı bildirilir. Maraqlıdır ki, Mətanət Əsədova da Manafın izləyiciləri sırasında yoxdur. Qadın müğənnin izlədiyi şəxslər arasında da Manaf Ağayevin adını görmək mümkün deyil.

Manaf Ağayev bildirib ki, şou aləmində dostluq boş şeydir:

“Bir dostum var idi, bu yaxınlarda görüşdük. Dedim, hardasan, görünmürsən? Bilirsiniz ki, bəzi hadisələr oldu. Dost dar gündə sınanır. İndi dost sözü eşidəndə allergiya verirəm. Mən həmişə bu camiəni müdafiə etmişəm. Çünki buradan çörək yeyib pisləyən adamlardan xoşum gəlmir. Bu camiədə dost boş imiş. Necə olur ki, hər gün görüşüb yeyib-içirsən, amma dostluq göstərə bilmirsən. Heç utanmırsan? Heç bir xəcalət çəkmirsən?”