Manaf Ağayevin “Mercedes”i özünə qaytarılmayıb?

manaf-agayevin-mercedesi-ozune-qaytarilmayib
Oxunma sayı: 8308

Müğənni Manaf Ağayevin işğaldan azad olunan ərazilərə icazəsiz keçdiyi avtomobilinin hələ də özünə qaytarılmadığı iddia olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat paylaşıb. Vəkilin sözlərinə görə, azad olunan ərazilərə icazəsiz keçdiyi üçün həbs olunan M.Ağayev cəzasını çəkib qurtarmasına baxmayaraq, ona məxsus "Mersedes" markalı avtomobil cərimə meydançasında saxlanılır.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, vəkilin iddiaları əsassızdır: “Manaf Ağayevlə bağlı inzibati tənbeh tətbiqi ödənildikdən dərhal sonra avtomobil sahibinə qaytarılıb”.

Qeyd edək ki, fevralın 17-də sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılıb. Onlar qanunsuz səfərə görə 15 sutka həbs edilib.

Amin Nəzərli