Maşallah Əhmədovun məhkəməsində əlbəyaxa dava

masallah-ehmedovun-mehkemesinde-elbeyaxa-dava
Oxunma sayı: 2394

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən, tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokurorun M.Əhmədova cəza istəyəcəyi gözlənilirdi.

M.Əhmədov isə təkraran dəymiş zərəri ödəmək üçün vaxt istəyib. Bu istəyi zərərçəkmişlər tərəfindən etirazla qarşılanıb. Onlar arasındakı mübahisə əlbəyaxa dava isə nəticələnib. Buna görə məhkəmədə fasilə elan olunub.

Məhkəmə prosesi dekabrın 2-də davam etdiriləcək.

Murad Əhməd