Masallıda bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, Yardımlı rayon sakini 22 yaşlı Elgün Məmmədov Masallıda “İstisu” sanatoriyasının ərazisində çayda çimərkən boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov