Maştağada ağır qəza - 34 yaşlı qadın öldü

mastagada-agir-qeza
Oxunma sayı: 2172

Dünən paytaxtın Sabunçu rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, 2005-ci il təvəllüdlü Tofiq Zeynalov “Ford Tranzit” markalı avtomobillə Maştağa qəsəbəsi ərazisində, Maştağa-Buzovna yolunda 1991-ci il təvəllüdlü Əsgərova Elnurə Həbulla qızını vurub.

Yolu keçməyə çalışan piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.