MDB Azərbaycandakı prezident seçkilərinə öz müşahidəçilərini göndərəcək

mdb-azerbaycandaki-prezident-seckilerine-oz-musahidecilerini-gonderecek
Oxunma sayı: 946

MDB Azərbaycan və Rusiyada keçiriləcək prezident seçkilərinə, eləcə də Belarusda baş tutacaq parlament seçkilərinə öz müşahidəçilərini göndərməyi planlaşdırır.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı MDB-nin Baş katibi Sergey Lebedev açıqlayıb. 

Onun sözlərinə görə, hələ ki məsələ ilə bağlı müvafiq yazılı dəvət yalnız Bakıdan alınıb.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri fevralın 7-si keçiriləcək. Rusiyada prezident seçkiləri martın 17-si, Belarusda parlament seçkiləri isə fevral ayında baş tutacaq.