Meksikada güclü zəlzələ olub

meksikada-guclu-zelzele-olub
Oxunma sayı: 3253

Meksikada 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri təxminən 154 min nəfər əhalisi olan Kuautla şəhərindən 47 km cənub-şərqdə olub. Episentr 10 km dərinlikdə yerləşir.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.