Məktəb psixoloqlarının da maaşı artacaq - Rəsmi

mekteb-psixoloqlarinin-da-maasi-artacaq
Oxunma sayı: 4178

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təhsil işçilərinin əməkhaqları artırılıb.

“Qafqazinfo” xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov artımların kimlərə şamil olunması ilə bağlı paylaşım edib.

O qeyd edib ki, uşaq birliyi rəhbərləri və psixoloqların da maaşı 20 faiz artacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 17-də “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar imzalayıb.

Həmçinin oxuyun: 20 faiz artım bu şəxslərə də şamil olunacaq

Müəllimlərin maaş artımına bu qədər vəsait xərclənəcək

Bu müəllimlərin orta aylıq maaşı 1250 manat olacaq

Bakıda müəllimlərin maaşı nə qədər olacaq? - Açıqlama