Məktəblinin döyülməsi iddiaları təsdiqini tapmayıb - DİN

mekteblinin-doyulmesi-iddialari-tesdiqini-tapmayib
Oxunma sayı: 6267

Sabunçu rayonunda 90 nömrəli tam orta məktəbdə ikinci sinif şagirdinin döyülməsi ilə bağlı polisə daxil olmuş məlumatlar araşdırılıb.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, araşdırmalarda şagirdin göz nahiyyəsindəki xəsarət faktında qəsd müəyyən olunmayıb.

"Müəyyən edilib ki, hadisə məktəbin akt zalında digər şagirdin ona dəyməsi nəticəsində baş verib.

Bütün sorğular və aparılan araşdırmalarla məktəblinin hansısa formada qəsdə məruz qalması ilə bağlı iddialar təsdiqini tapmayıb", - deyə DİN-dən bildirilib.

Qeyd edək ki, 90 nömrəli tam orta məktəbdən bildirilib ki, 2F sinfinin iki şagirdi qaçarkən toqquşub. Şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb.